Gözü Amerikada, özü Avropada

“Atletiko”nun hücumçusu Antuan Qrizmann MLS haqda danışıb.

Komanda.az DAZN-a istinadən xəbər verir ki, o, Amerika qitəsində oynamaq istədiyini dilə gətirsə də, Avropada çıxışını davam etdirmək üçün çalışdığını bildirib:

“Mən həmişə ABŞ-də oynamaq istədiyimi demişəm, amma Avropada oynamağa davam etmək üçün var gücümlə mübarizə apardım.

“Atletiko”dakı oyunumdan zövq alıram. Özümü xoşbəxt hiss edə biləcəyim başqa klubun olacağını düşünmürəm”.

Fransalı futbolçunun “hindular”la sözləşməsi 2024-cü ilə qədərdir. Cari mövsümdə o, Madrid təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 39 oyuna çıxıb, 12 qol vurub və 11 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button