“Barselona”nın zədəliləri qayıtdı

İspaniyanın “Barselona” klubunun zədəli futbolçuları Osman Dembele, Pedri və Frenki de Yonq sağalıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar dünən komanda ilə məşqlərin bir hissəsinə qoşulublar.

De Yonq İspaniya La Liqasının 26-cı turunun “Real”la qarşılaşmasında (2:1), Dembele İspaniya çempionatının 28-ci turunun “Jirona” ilə görüşündə (0:0), Pedri isə fevralın 16-da UEFA Avropa Liqasının “Mançester Yunayted”lə ilk qarşılaşmasında (2:2) bud sümüyündən zədələnmişdi.

Xatırladaq ki, kataloniyalılar ölkə çempionatının 30-cu turunda “Atletiko” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button