Şeydayevin komandası elitada qaldı

Futbol üzrə Rusiya Premyer Liqasında mövsümü 16 komanda arasında 13-cü pillədə başa vuran “Krılya Sovetov” klubu elitada qalmaq uğrunda cavab pley-off matçına çıxıb.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Samara klubu doğma meydanda 1-ci liqanı 4-cü pillədə başa vurmuş “Nijni Novqorod”la üz-üzə gəlib.

Futbolçumuzun komandası bu oyunda minimal hesabla məğlub olub – 0:1. Amma səfərdə 3:1 hesabıyla qalib gəlmiş “Krılya Sovetov” iki oyunun nəticəsinə əsasən rəqibini üstələyib və elitada qalıb.

Ramil də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button