Dodağını partladan futbolçu üçün rəhbərlikdən xahiş edib
“Bayern”in vingeri Leroy Sane klub rəhbərliyindən hücumçu Sadio Mane ilə müqaviləni pozmamağı xahiş edib.
Komanda yoldaşları arasında dava Çempionlar Liqasının 1/4 final mərhələsinin “Mançester Siti” ilə oyunundan (0:3) sonra baş verib. Mane Sanenin üzünə zərbə endirib və onun dodağını partladıb.
Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, Sane Münhen klubunun rəhbərliyindən komanda yoldaşına verilən cəzanın yüngülləşdirilməsini istəyib və onun qovulmasına qarşı çıxıb. Daha sonra Mane 500 min avro cərimə olunub.
Daha əvvəl bildirilmişdi ki, futbolçular baş verən hadisəyə görə komanda yoldaşlarından üzr istəyiblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin