Avtoqol müəllifi olan müdafiəçi: “Hələ heç nə bitməyib”
“Mançester Yunayted”in futbolçusu Harri Maquayr UEFA Avropa Liqasının 1/4 finalının “Sevilya” ilə görüşünü (2:2) şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli müdafiəçi hər şeyin cavab matçında həll olunacağını bildirib. Eyni zamanda o, yaxşı müdafiə olunduqlarını söyləyib:
“Məncə, kifayət qədər yaxşı müdafiə olunduq, xarakter nümayiş etdirdik. Müsbət nəticə əldə edə biləcəyimiz görünürdü, lakin sonradan anlaşılmazlıqlar oldu və matç heç-heçə ilə bitdi.
Hələ heç nə bitməyib. Hər şey bir həftə sonra oynanılacaq cavab matçında həll ediləcək”.
Xatırladaq ki, Maquayr matçın 46-cı dəqiqəsində meydana daxil olub. O, Rafael Varanı əvəz edib. İngiltərə millisinin üzvü əsas vaxta əlavə edilmiş 2-ci dəqiqədə avtoqol müəllifi olub.
“Sevilya” – “Mançester Yunayted” cütünün cavab qarşılaşması aprelin 20-də İspaniyada keçiriləcək.
Bizi Facebook-da izləyin