“Bayern” komanda yoldaşını vuran Maneni cəzalandırdı
Almaniyanın “Bayern” klubunun hücumçusu Sadio Mane komanda yoldaşı – yarımmüdafiəçi Leroy Saneni vurduğuna görə cəzalandırılıb.
Komanda.az xəbər verir ki, rəhbərlik bu iki oyunçu arasında baş verən davaya görə Seneqal yığmasının üzvünü heyətdən kənarlaşdırıb.
O, Almaniya Bundesliqasının 28-ci turu çərçivəsində baş tutacaq “Hoffenhaym”la matçın iştirak ərizəsinə daxil edilməyib. Bu azmış kimi, Manenin cərimə olunacağı da açıqlanıb.
Xatırladaq ki, Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində baş tutan “Mançester Siti” ilə ilk oyunda (0:3) Mane ilə Sanenin sözü çəp gəlib. Onların bu mübahisəsi matçdan sonra paltardəyişmə otağında da davam edib. Afrikalı forvard komanda yoldşaının sifətinə yumruq atıb. Nəticədə almaniyalı vingerin dodağı partlayıb. Onları digər komanda yoldaşları və klub rəsmiləri çətinliklə sakitləşdiriblər.
Bizi Facebook-da izləyin