“Arsenal” – “Çelsi” oyunu təxirə salındı
İngiltərə Premyer Liqasının 34-cü turunun “Arsenal” – “Çelsi” oyunu təxirə salınıb.
Komanda.az xəbər verir ki, buna London polisinin müraciəti səbəb olub.
Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Qərara əsasən, aprelin 29-da keçirilməli olan qarşılaşma mayın 2-də oynanılacaq.
“Arsenal” aprelin 26-da “Mançester Siti” ilə qarşılaşacaq. Bu isə o deməkdir ki, “topçular”ın “Çelsi” ilə görüşə hazırlaşmaq üçün 5 gün vaxtı olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin