Kuper üçün növbəti məyusedici gün

“Nottingem Forest”in baş məşqçisi Stiv Kuper İngiltərə Premyer Liqasının 30-cu turunun “Aston Villa” ilə oyununu (0:2) dəyərləndirib.

Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, o, rəqibin çoxlu qol epizodlarının olmadığını deyib:

“Buraxdığımız ilk qol bizə baha başa gəldi. Rəqib ərazi üstünlüyünə sahib idi, lakin çoxlu qol epizodları yox idi. İkinci qol zədə səbəbindən meydanda azlıqda qalmağın nəticəsində vuruldu. Növbəti məyusedici gün”.

“Nottingem Forest” hazırda İngiltərə çempionatının turnir cədvəlində 27 xalla 18-ci, “Aston Villa” isə 47 xalla 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button