Azərbaycanda çalışmış məşqçi Premyer Liqa klubunda

Rusiyanın “Nijni Novqorod” komandasının baş məşqçi postunda dəyişiklik edilib.

Komanda.az xəbər verir ki, Artyom Qorlov bu gün baş məşqçi vəzifəsindən azad edilib.

Məlumatı klubun mətbuat xidməti yayıb. Premyer Liqa klubu artıq yeni baş məşqçisini də müəyyənləşdirib. Komandanın “sükan”ı sonuncu iş yeri “Ximki” olan, vaxtilə Azərbaycanın “Simurq” komandasına da rəhbərlik etmiş Sergey Yurana tapşırılıb.

“Nijni Novqorod” Premyer Liqada 21 turdan sonra 19 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button