Luis Enrikenin arzusu
İspaniya millisinin keçmiş baş məşqçisi Luis Enrike İngiltərə Premyer Liqasında çalışmaq istəyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis qısa bir zamanda məşqçilik karyerasını bərpa etməyi düşünür. O, uzunmüddətli layihə qəbul etməyə hazır olduğunu bildirib.
Öncədən bildirilirdi ki, “Çelsi” Yulian Naqelsmannın alternativi olaraq, Luis Enrikeni nəzərdən keçirir.
Enrike 2019-cu ildən İspaniya yığmasının baş məşqçisi olub. Onun rəhbərliyi altında Mərakeşə oyunsonrası penaltilərdə uduzan “buğalar” DÇ-2022-də mübarizəni dayandırıb. Bu səbəbdən, ötən ilin dekabrında Enrikenin milli komanda ilə yolları ayrılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin