Valensiyadan daha bir ilk

“Fənərbaxça”nın hücumçusu Enner Valensiya daha bir ilkə imza atıb.

Komanda.az xəbər verir ki, o, İstanbul təmsilçisinin heyətində 2006/07 mövsümündən etibarən Super Liqada ardıcıl 6 oyunda qol vuran ilk futbolçuya çevrilib.

Ekvadorlu futbolçu bunu Türkiyə Super Liqasının 26-cı turunun “Beşiktaş”la ev oyununda qol vurmaqla gerçəkləşdirib. Penaltidən fərqlənən hücumçu daha bir 11 metrlik zərbəni də boşa verib. Yekunda isə onun komandası 2:4 hesablı məğlubiyyətə üzülüb.

Xatırladaqki, Valensiya “Beşiktaş”a qədər “Alanyaspor”, “Kayserispor”, “Konyaspor”, “Adana Dəmirspor” və “Kasımpaşa” ilə matçlarda da rəqiblərin qapısına yol tapmışdı.

Valensiya bu mövsüm vurduğu 30 qolla “Fənərbaxça”nın ən yaxşı bombaridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button