“İnter” İnzaqiyə vaxt verib

“İnter” rəhbərliyi komandadakı vəziyyəti düzəltmək üçün baş məşqçi Simone İnzaqiyə üç oyunluq vaxt verib.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Milan təmsilçisi “Yuventus” (İtaliya kuboku), “Salernitana” (İtaliya A Seriyası) və “Benfika” (UEFA Çempionlar Liqası) ilə qarşılaşmalarda zəif çıxış etsə, o, istefaya göndərilə bilər.

“İnter” baş məşqçi postuna mümkün təyinatı müzakirə etmək üçün Maurisio Poçettino ilə əlaqə saxlayıb.

Milan klubu hazırda İtaliya çempionatının turnir cədvəlində 50 xalla beşinci pillədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button