Tuxel: “Naqelsmannın hansı hissi yaşadığını başa düşürəm”

“Bayern”in baş məşqçisi Tomas Tuxel Almaniya Bundesliqasının 26-cı turunun “Borussiya” (Dortmund) ilə oyunundan sonra (4:2) danışıb.

Komanda.az “Bayern and Germany”-yə istinadən xəbər verir ki, o, Münhen təmsilçisinin keçmiş çalışdırıcısı Yulian Naqelsmann haqda fikir bildirib:

“Mən Naqelsmannın hansı hissi yaşadığını başa düşürəm. İki dəfə onunla oxşar vəziyyəti yaşamışam. Bundan öncə çalışdığım iki klubdan qovulmağımın mənimlə heç bir əlaqəsi yox idi. Məşqçinin həyatı belədir.

Mövsümü uğurla başa vurmağa çalışacağıq”.

“Bayern” hazırda Almaniya çempionatının turnir cədvəlində 55 xalla birinci, “Borussiya” isə 53 xalla ikincidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button