“Barselona” Gündoğanla razılaşıb – Yeganə problem…
“Barselona” “Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğanla yayda azad agent kimi müqavilə imzalamaq barədə razılığa gəlib.
Komanda.az xəbər verir ki, bu barədə jurnalist Jerar Romero məlumat yayıb. Onun sözlərinə görə, Kataloniya klubunun maliyyə feyr-pleyində problemlər var. Buna görə də, klub Gündoğana onun transferinin qeydə alınacağına zəmanət verə bilməz.
Kataloniyalılar futbolçu ilə müqaviləyə “Barselona”nın onu qeydiyyatdan keçirməyəcəyi təqdirdə, icarəyə verilə biləcəyi bəndinin salınmasını təklif edir. Gündoğan isə hələlik belə bir bəndi qəbul etməyib və bu, razılaşmada çatışmayan əsas detaldır.
32 yaşlı almaniyalı futbolçu bu mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin