Ukrayna DÇ-yə namizədliyini geri götürdü
Ukrayna 2030-cu il dünya çempionatına ev sahibliyi etmək fikrindən daşınıb.
Komanda.az xəbər verir ki, Ukrayna Futbol Federasiyası ötən ilin sonlarında İspaniya və Portuqaliya ilə birgə mundialı qəbul etmək üçün FIFA-ya müraciət ünvanlasa da, sonradan namizədliyini geri götürüb.
Ukraynanı Mərakeş əvəz edəcək. Ölkə kralı VI Məhəmməd “Onefootball” nəşrinə açıqlamasında bildirib ki, bu, Afrika və Avropa xalqlarını birləşdirəcək görünməmiş təklifdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin