Latviya klubunda daha bir azərbaycanlı futbolçu
Latviyanın “Dauqavpils” klubu Ramin Nəsirlinin ardından daha bir azərbaycanlı futbolçunu heyətinə qatıb.
Komanda.az xəbər verir ki, “Turan Tovuz”un yarımmüdafiəçisi Nazim Həsənzadə də Latviya çempionatında oynayacaq.
20 yaşlı mərkəz yarımmüdafiəçisi mayın 31-nə qədər icarə əsasında Latviya klubunda olacaq.
Daha öncə “Neftçi”nin yarımmüdafiəçisi Ramin Nəsirli “Dauqavpils”lə bu ilin sonunadək icarə müqaviləsi bağlamışdı.
Azərbaycanlı futbolçular bu gün “Dauqavpils” ilk rəsmi oyunlarına çıxacaqlar. Onlar Latviya çempionatında yeni mövsümün ilk turu çərçivəsində “Tukums 2000” kollektivi ilə səfər matçının start heyətində yer alıblar. Qarşılaşma saat 17:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin