Eratın komandası 1-ci liqaya yüksəldi

Türkiyənin 2-ci liqasında üst liqaya yüksəlmək uğrunda pley-off mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, həlledici oyunda Azərbaycan yığmasının sabiq futbolçusu Toğrul Eratın formasını geyindiyi “Fatih Karagümrük”lə “Sakaryaspor” klubları üz-üzə gəlib.

Bursada təşkil olunan final matçı, azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi səbəbindən 12 dəqiqə gec başlayıb. Qarşılaşma isə Eratın komandasının 2:0 hesablı qələbəsiylə yekunlaşıb.

Millimizin sabiq üzvü bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

Bununla da “Fatih Karagümrük” uzun fasilədən sonra Türkiyənin gücünə görə ikinci çempionatı sayılan TFF 1-ci liqaya vəsiqə qazanıb. Komanda bu istəyinə 14 illik həsrətdən sonra çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button