“Ümid edirəm ki, “Qarabağ”la oyunda da qol vuraram” – “Neftçi”nin hücumçusu

“Neftçi”nin futbolçusu Mateus Saldanya klubun televiziyasına müsahibə verib.

Komanda.az xəbər verir ki, braziliyalı hücumçu “ağ-qaralar”ın bugünkü açıq məşqi zamanı “Qarabağ”la qarşıdakı oyun barədə fikirlərini açıqlayıb:

  • Oyuna hazırlıq necə gedir?
  • Həftəboyu üzərimizdə yaxşı çalışırıq. “Qarabağ”la oyuna hazırlaşırıq. Ümid edirəm ki, bu oyunda da qol vuraraq, komandaya xeyirli olacam. Çalışacağıq ki, qələbə qazanaq.
  • Dörd oyunda iki qol vurmusan. “Qarabağ”la derbi oyununda fərqlənəcəyinə inanırsan?
  • Əlbəttə ki, özüməinamım var. Vurduğum qollardan sonra özümə inanıram. Ümid edirəm ki, “Qarabağ”la oyunda da qol vuraram. O da alınmasa, ən azından ötürmə edib komandaya xeyirli oyunçu olaram.
  • “Qarabağ”ı yəqin ki, izləmisən. Rəqibin müdafiəsində hansı boşluqları olduğunu özün üçün müəyyən etmisən?
  • “Qarabağ”ın Konfrans Liqasındakı son oyunlarını izləmişəm. Özüm onları analiz etmişəm. Bilirəm ki, onlara qarşı necə oynaya bilərəm. Allah qoysa, hər şey istədiyimiz kimi alınar.

Fevralın 27-də “Qarabağ”la qarşılaşacaq “Neftçi” turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button