Mxitaryan haqlıdırmı?
Rəşad Fərhadoğlu
Özünə hörmət qoymayan insana başqa insan, xalqa başqa xalqlar hörmət edə bilməz. Çünki ağılsıza sevgi bəsləmək ağılsızlıqdır. Bizdə hörmət “dağıdır”. Bir-birimizə, xüsüsən, kreslo sahiblərinə güclü hörmət edirik. Azərbaycanda hörmətin hansı məna daşıdığını bilməyən yoxdur.
“Arsenal”ın futbolçusu Henrix Mxitaryan Bakıya gəlməməkdə doğru addım atdı. Vatikanın yolunu su yoluna döndərməklə, Romanın dədəsindən Qriqoryan kilsələrinə “qaz verin” əmrini alan “Qazlar”a dünyanın neçə bucaq olduğunu izah etdi “Arsenal”ın forvardı. Dünyaya göstərdi ki, bu xalq özünə hörmət qoymursa, anasının-bacının başına min oyun açan xalqa heç nə olmamış kimi pulsuz paylayırsa, qazı deyirəm, ona güzəşt etməyə, hörmət etməyə dəyməz. Dəyməmiş, yəni, kal xalqıq. İnamınız yoxdursa, Avroliqanın finalında VİP-də yer alan həmyerlilərimizin sir-sifətinə baxmanız yetərli olacaq. Ordakılardan 90 faizi bizimkilər – çoxu “at oğrusu”, iki eşşəyin arpasını bölə bilməyənlər olacaq. Həyatdır da!
AZAL-ın axmaq, yarıtmaz siyasəti sayəsində bütün Avropa hava nəqliyyatımızın kasadlığından danışır. Biz isə AZAL-ın Rusiyanın, Ukraynanın şəhərlərinə mövsümi reyslərinə sevinirik. Halbuki, Bakıya hansısa aviaşirkətin reys açdığını araşdırsaq, “Kərəmi ağlamaq tutacaq”. Pxenyanla fərqimiz yoxdur. Çarşaba yox desək də, qapanmışıq. Bircə burnumuz görünür. Turizmə nəzarət edən qurumumuzun da SOCAR kimi paylamaqla arası sazdır. Puldan alıb, 1 otaqlı daxmaya da ulduz paylayıb. Nəticədə gələn turist yalnız 5 ulduzlu otelin pulunu ödəməklə, gecələyə bilir.
Turizmdən söz düşmüşkən, bir neçə ərəbə “quş tutmaq” üçün qucaq açanlar hesab edirdi ki, bu sektorda iz salıblar. Oğul istəyirəm “quş”a görə deyil, gəzməyə gələn Avropa əhlinə öz səviyyəsini göstərsin. Söhbət göbəyini və göbəyinin ətrafını fırlamaq üçün Azərbaycanı seçən ərəbdən deyil, ilk növbədə şəhərin kənar məhəllələrini dolaşıb, daha sonra mərkəzi dolaşacaq, dünya görüşü geniş olan avropalıdan gedir.
Avroliqanın finalı Qarabağ münaqişəsində hansı tərəfin haqlı olduğunu tam çılpaqlığı ilə göstərəcək. Yarıtmaz olduğumuz qənaətinə gəlsələr, heyf “kürü diplomatiyamız”ın nəticələrinə. Bəli, ölkə yaxşı-pis reklam olunacaq, amma sonucu zaman göstərəcək. Zamana ehtiyac olmadan yalnız onu demək olar ki, bu final matçının bizdə futbolun irəliləyişinə heç bir təsiri olmayacaq. Çünki idarəetmə yox səviyyəsindədir. And olsun Naxçıvanda boynuna medal keçirilən Ramin Musayevin cəddinə, Azərbaycan futbolunu HİV virusuna bulayan Elxan Məmmədovun ocağına, bu, aksiomadır!
Bizi Facebook-da izləyin