Bellingem yeni rekorda imza atdı

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Çud Bellingem Almaniya Bundesliqasında 50 qələbə qazanan ən gənc futbolçu olub.

Komanda.az xəbər verir ki, ingiltərəli futbolçu Bundesliqanın 21-ci turunda “Herta” üzərində yubiley qələbəsini (4:1) 19 yaş 235 gündə qazanıb.

Bundan əvvəl rekord Julian Drakslerə məxsus idi – 20 yaş 232 gün.

Bellingem 2020-ci ildən “Borussiya”nın əsas komandasında çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button