Super Liqadan çəkilən klubda daha 4 ayrılıq

Türkiyənin “Qaziantep” klubunda daha dörd futbolçu ilə yollar ayrılıb.

Komanda.az xəbər verir ki, dəhşətli zəlzələdən sonra bu mövsümün sonunadək oynamayacağı açıqlanan Super Liqa təmsilçisində yarımmüdafiəçi Luka Stankovski Sloveniyanın “Qoritsa” klubuna keçib.

Türkiyə klubu oyunçusunun bu mövsümün sonuna kimi icarədə oynayacağını açıqlayıb. Şimali Makedoniyadan olan 20 yaşlı futbolçu “Rabotniçki”nin yetirməsidir. O, bu mövsümün əvvəlində transfer olunduğu Qaziantep təmsilçisində 11 oyuna 1 qol vurub.

“Qaziantep” digər oyunçularından Ömürcan Artan və Mustafa Burak Bozanın da “Tuzlaspor”a icarəyə verildiyini açıqlayıb. Onlar da bu mövsümün sonunadək icarədə olacaq.

“Qaziantep” sol cinah müdafiəçisi Halil İbrahim Pehlivanla müqaviləyə isə xitam verib. 29 yaşlı futbolçu “Rizəspor”a keçib. O, yeni klubu ilə 2025-ci ilin yayına kimi sözləşmə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button