Super Liqa klubunda fransız müdafiəçi

“Ankaragücü” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi son olaraq Fransanın “Bordo” komandasında forma geyinmiş müdafiəçi Enok Kvatenqi heyətinə qatıb.

25 yaşlı sağ cinah müdafiəçisi ilə müddəti 2024-cü ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

“Nant” yetirməsi olan Kvatenq 2019-cu ildən “Bordo”da forma geyinirdi. O, bu komandada 62 oyuna çıxıb, 2 qol vurub. Müdafiəçi Fransanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button