TOP-5 liqaların ən uğurlu debütantı
“Napoli” İtaliya A Seriyasının tarixində ən yaxşı 3-cü nəticəyə imza atıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Neapol klubu bunu ilk 22 turda 59 xal qazanmaqla bacarıb.
Luçano Spalettinin çalışdırdığı komanda bu göstəricidə yalnız “İnter” (2006/2007, 60 xal) və “Yuventus”dan (2018/2019, 60 xal) geri qalır.
“Napoli”nin futbolçusu Xviça Kvaratsxeliya isə Avropanın TOP-5 liqasında göstəricilərinə görə ən uğurlu debütant olub. O, İtaliya çempionatında keçirdiyi 18 matçda 9 qol vurub, 9 məhsuldar ötürmə ilə yadda qalıb.
“Napoli” son turda “Kremoneze”ni məğlub edib (3:0). Komanda 2022/23 mövsümündə ölkə çempionatında yalnız “İnter”ə uduzub, “Fiorentina” və “Leççe” ilə “sülh”ə razılaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin