Milli üzvü matçdan öncə göz yaşlarına hakim ola bilmədi

Niderlandın birinci liqasında keçirilən “Villem” – “Eyndhoven” oyunundan əvvəl Türkiyədəki zəlzələdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Komanda.az xəbər verir ki, qonaqların heyətində meydana çıxan Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü sükut zamanı duyğulu anlar yaşayıb.

25 yaşlı yarımmüdafiəçi həmin an göz yaşlarına hakim ola bilməyib. Yığmamızın üzvü qarşılaşmanı əvəzlənmədən keçirib. Onun komandası isə yekunda 0:3 hesabıyla uduzub.

Xatırladaq ki, Niderlandda anadan olan Türkiyə əsilli Ozan Can Kökçü ötən ildən Azərbaycanın əsas millisinə çağırılır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button