Məşhur futbolçu “Qalatasaray”ı istəmədi
“Aston Villa”nın yarımmüdafiəçisi Filippe Koutinyo “Qalatasaray”a keçməkdən imtina edib.
Komanda.az “TEAMtalk”-a istinadən xəbər verir ki, 30 yaşlı braziliyalı futbolçu Türkiyə çempionatında oynamaqda maraqlı deyil. O, karyerasını İngiltərədə davam etdirmək istəyir.
Öncədən İstanbul təmsilçisinin cari mövsümün sonuna qədər Koutinyonu icarəyə götürmək istədiyi bildirilmişdi.
Koutinyo 2022/23 mövsümündə İngiltərə Premyer Liqasında “Aston Villa”nın heyətində 20 matça çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin