“30 mindən çox xarici azarkeş gələcək” – Azad Rəhimov

Gənclər və idman naziri Azad Rəhimov Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu barədə Türkiyə mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, “Anadolu” agentliyinə danışan Rəhimov, final matçına görə Bakıya 30 min xarici azarkeşin gələcəyini deyib:

“Bakı Avropa Liqasının final matçına hazırdır. 30 mindən çox xarici azarkeş gələcək. Bu, bizim üçün böyük sınaqdır. UEFA nümayəndələri stadionu yoxladılar. 5 ballıq sistəmlə 4,5 bal verdilər. Stadiondakı bütün sistemlər problemsiz işləyir. Azarkeşlərin hava limanından bura gəlməsi üçün hər şey düşünülüb”.

Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final matçında “Çelsi” ilə “Arsenal” üz-üzə gələcək. Qarşılaşma mayın 29-da, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button