“Lester” argentinalı üçün danışıqlara başlayıb
“Lester” İtaliya klubu “Fiorentina”nın futbolçusu Nikolas Qonzaleslə maraqlanır.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi oyunçunu transfer etmək üçün danışıqlar aparır.
“Lester” 24 yaşlı argentinalı üçün 2027-ci ilin sonuna qədər 4 milyon avro maaşla müqavilə təklif edib. Hər iki klub müqavilənin detallarını müzakirə edirlər.
Nikolas Qonzales 2011-ci ilin iyulundan “Fiorentina”nın formasını geyinir. O, bu mövsüm komandanın heyətində bütün turnirlər daxil olmaqla, 11 matça çıxıb və 5 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin