Reşford Runini keçdi
“Mançester Yunayted” İngiltərə Liqa kubokunun 1/4 finalında “Çarlton”u məğlub edib (3:0).
Komanda.az xəbər verir ki, həmin matçda 2 dəfə fərqlənən Markus Reşford “qırmızı şeytanlar”ın keçmiş futbolçusu Ueyn Runinin tarixi rekordunu yeniləyib.
O, 2012-ci ilin aprelindən sonra ardıcıl 8 ev oyununda qol vuran ilk “Mançester Yunayted” futbolçusu olub. Öncədən Runi ardıcıl 7 ev matçında qol vura bilib.
Markus Reşford bu mövsüm “qırmızı şeytanlar”ın heyətində 25 oyuna çıxıb, 15 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin