Zidanın imtina etdiyi milli komandalar
Zinəddin Zidan futbol üzrə Fransa millisinin “sükanı arxasına” keçmək niyyətində olub.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, o, bu səbəbdən Braziliya, Portuqaliya və ABŞ milli komandalarından gələn təklifləri qəbul etməyib.
Buna baxmayaraq, Fransa Futbol Federasiyası Didye Deşamla müqavilənin müddətini uzadıb. 54 yaşlı mütəxəssislə növbəti sözləşmənin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.
Eyni zamanda, Zidan ingilis dilini bilmədiyi üçün həmin dilin üstünlük təşkil etdiyi milli komandanı çalışdırmaq istəmir.
Fransalı mütəxəssisin sonuncu iş yeri “Real” olub. O, “kral klubu” ilə 3 dəfə UEFA Çempionlar Liqasının və 2 dəfə İspaniya La Liqasının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin