“Sevilya”dan “Milan”a
“Sevilya”da icarə əsasında çıxış edən “Milan”ın hücumçusu Andre Silva İspaniya klubundan ayrıldığını açıqlayıb.
Komanda.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat yayıb:
“Daha bir mövsüm başa çatır. “Sevilya”ya inanılmaz qəbula görə təşəkkürümü bildirirəm. Bu şəhər və komanda mənim çox xoşuma gəldi”.
Portuqaliya millisinin üzvü 2018-ci ilin avqust ayından “Sevilya”da icarədə idi. İspaniya təmsilçisi 22 yaşlı hücumçunu 5 milyon avroya 1 illik icarəyə götürmüşdü. “Sevilya” mövsümün sonunda 30 milyon avro ödəməklə Silvanı birdəfəlik transfer edə bilərdi. Amma klub onu saxlamaqda maraqlı olmayıb.
Qeyd edək ki, Silva “Milan”a 2017-ci ilin iyun ayında 38 milyon avro qarşılığında “Portu”dan keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin