Martinesin sədaqətindən danışdı – Meneceri
Argentinalı futbolçu Lautaro Martinesin agenti Alexandro Kamano onun “İnter”dəki çıxışı haqda danışıb.
Komanda.az “fcinter1908.it”-ə istinadən xəbər verir ki, menecer, cənubi amerikalı hücumçunun kluba və azarkeşlərə sadiq olduğunu bildirib:
“İnter”in qələbəsi onun üçün ən vacib şeydir. Lautaro komandaya və azarkeşlərə sadiqdir. O, Argentina millisinin dünya çempionatında qazandığı qələbədə “İnter” azarkeşlərinin də əməyi olduğuna inanır”.
Martines bu mövsüm “İnter”in heyətində 21 oyuna çıxıb, 8 qol vurub və 6 məhsuldar ötürmə edib. 25 yaşlı futbolçunun klubla müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin