Almaniya millisinin üzvü “Borussiya”da
Almaniyanın “Borussiya” (Dortmund) klubu heyətini yeni futbolçuyla gücləndirib.
Komanda.az xəbər verir ki, Dortmund təmsilçisi “Hoffenhaym”dan Niko Şulzu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Şulz cari mövsümdə “Hoffenhaym”la Bundesliqada 30 qarşılaşmada iştirak edərək, 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Sol cinah müdafiəçisi 6 dəfə də Almaniya millisinin şərəfini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin