“Neftçi”nin baş məşqçisi ilə anlaşmışdı – İstefa verir
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfla anlaşan Rumıniyanın “Universitatya Krayova” klubunun prezidenti Mihai Rotaru istefa verəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu rumıniyalı funksioner açıqlamasında deyib.
O, mövsümün sonunda prezidentlik postunu tərk edəcəyini bildirib. Rotaru buna baxmayaraq, şirkətinin “Universitatya Krayova” ilə 2032-ci ilə qədər imzalanan sponsorluq müqaviləsinin davam edəcəyini dilə gətirib.
Rumıniya mətbuatında Regekampfın qış fasiləsində “Neftçi”dən ayrılaraq “Universitatya Krayova”nın “sükanı arxasına” keçəcəyi bildirilib. Rotarunun 47 yaşlı mütəxəssisi 6 aylıq müqaviləyə razı saldığı, mövsümün sonunda sözləşmənin müddətinin uzadılacağı da qeyd edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin