“İnter” rəsmisi Martinesdən əlavə enerji gözləyir
“İnter”in baş direktoru Cüzeppe Marotta komandanın hücumçusu Lautaro Martines haqda danışıb.
Komanda.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, o, argentinalı futbolçunun DÇ-2022-dəki çempionluqdan sonra daha yaxşı çıxış edəcəyinə ümid etdiyini bildirib:
“DÇ-2022-də qazandığı çempionluq Lautaroya əlavə enerji verəcək. Mən buna ümid edirəm. O, “İnter”in heyətində ən yaxşı keyfiyyətlərini göstərə biləcək”.
Martines bu mövsüm “İnter”in heyətində 21 oyuna çıxıb, 8 qol vurub və 6 məhsuldar ötürmə edib.
Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.
Bizi Facebook-da izləyin