“Hakim o penaltini necə verməyə bilər?” – Tərlan Əhmədov
“Kəpəz” Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşündə səfərdə “Turan Tovuz”la 2:2 hesablı heç-heçə edərək, turnirdə mübarizəni dayandırıb.
Komanda.az xəbər verir ki, “Kəpəz”in baş məşqçisi oyundan sonra mətbuat konfransında matçla bağlı fikirlərini bölüşüb:
“Qarşılaşmanın sonlarında penalti verilməli idi. Hakim onu necə verməyə bilər? Bu, hələ də sual doğurur. Artıq hər şey keçmişdə qalıb, kubok bizim üçün bitmiş sayılır. “Zirə” ilə çempionat oyununa hazırlaşmalıyıq. Yaxşı oynadıqları üçün futbolçularıma təşəkkür edirəm.
İlk görüşdə 1:2 hesabı ilə uduzmuşduq. İstər-istəməz komandada bir az təzyiq var idi. İlk dəqiqələrdə həyəcan, inamsızlıq hiss edilirdi. Oyunun əvvəlində iki top buraxsaq da, geridönüş edə bildik. Hətta qalib də gələ bilərdik. Hər iki komanda gələcəyə ümid verir”.
Bizi Facebook-da izləyin