DÇ-2022: Xorvatiya – Mərakeş matçının da hakimləri bilindi
Qətərdə təşkil olunan dünya çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında keçiriləcək üçüncü yer uğrunda oyunun hakimləri açıqlanıb.
Komanda.az xəbər verir ki, bu qarşılaşmanı qətərli FİFA referisi Əbdülrəhman Əp-Jassim idarə edəcək.
Ona həmyerliləri Taleb Əl-Marri və Saud Əl-Maqaleh yan xətt hakimləri qismində kömək edəcəklər. Dördüncü hakim funksiyasını Braziliyadan olan Rafael Klaus yerinə yetirəcək.
Xatırladaq ki, dekabrın 17-də baş tutacaq Xorvatiya – Mərakeş matçına Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin