“Çelsi”dən 70 milyon avroluq transfer
Fransa millisinin və “Leyptsiq”in futbolçusu Kristofer Nkunkunun yeni klubu məlum olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Çelsi” klubu Nkunkunu 70 milyon avroya transfer edib. Fransa millisinin üzvü “zadəganlar”la 2028-ci ilin yayına qədər müqavilə imzalayıb. Forvard mövsümün sonunda yeni komandasına qoşulacaq.
Nkunku bu mövsüm “Leyptsiq”in heyətində Almaniya Bundesliqasında 15 oyuna çıxıb, 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin