“Çelsi”də yeni müqavilə
“Çelsi” müdafiəçisi Trevo Çaloba ilə müqavilənin müddətini artırıb.
Komanda.az xəbər verir ki, bu barədə “zadəganlar”ın mətbuat xidməti məlumat yayıb.
23 yaşlı oyunçu 2028-ci ilə qədər “Çelsi”də qalacaq. Anlaşmanın avtomatik olaraq, daha bir il artırılması da nəzərdə tutulub.
Çaloba “Çelsi”nin öz yetirməsidir. O, “İpsviç Taun”, “Haddersfild Taun” və “Loryan” klublarında da icarədə oynayıb. “Çelsi”nin əsas komandasında cəmi 43 oyun keçirmiş futbolçu 4 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin