DÇ-2022: Danimarka millisində ciddi itki
Danimarka millisinin və İspaniyanın “Sevilya” klubunun futbolçusu Tomas Dileyni zədələnib.
31 yaşlı futbolçu Qətərdə keçirilən dünya çempionatını buraxmaq təhlükəsi ilə üzləşib.
Komanda.az Danimarka Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Tunisə qarşı oyunda sol dizindən zədələnən müdafiəçi sıradan çıxıb.
Danimarka – Tunis matçı qolsuz heç-heçə ilə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin