Buffona yeni təklif

Cari mövsümün sonunda PSJ ilə müqaviləsi bitəcək Canluici Buffon gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, italiyalı qapıçı, Paris klubundan yeni müqavilə təklifi aldığını deyib:

“Klub mənə müqavilənin müddətini uzatmağı təklif etdi. Bunun üçün həqiqətən çox xoşbəxt oldum. Qarşıdakı günlərdə detalları danışmaq üçün görüşümüz olacaq”.

41 yaşlı qapıçı, PSJ-də xoşbəxt olduğunu deyib:

“Bir futbolçu və insan olaraq axtardığımı tapdım, Parisdə xoşbəxtəm. Bundan başqa, Liqa 1-in səviyyəsi də yüksəkdir. Bu çempionat fiziki və taktiki cəhətdən İtaliya A Seriyasından daha çətindir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button