“Mançester Siti”ni tərk etmək istəmir
“Mançester Siti”nin portuqaliyalı futbolçusu Joao Kanselo klubu tərk etməyəcək.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, o, uzun illər “Mançester Siti”də qalacağına ümid edir:
“Bura uyğunlaşmaq üçün vaxt lazım idi. Amma indi komandaya daha çox uyğunlaşmışam və ümid edirəm ki, daha uzun illər “Mançester Siti”də qalacam. Çünki burada özümü yaxşı hiss edirəm”.
28 yaşlı Kanselo 2019-cu ilin yayından “Mançester Siti”də çıxış edir. O, bu mövsüm 18 oyunda 2 qol vurub və 5 məhsuldar ötürmə edib. Tərəflər arasında müqavilə 2026/2027 mövsümünün sonuna kimi hesablanıb.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin