Azərbaycan millisinin üzvü Türkiyədə klubunu dəyişdi
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin üzvü Məhəmməd Mustafa Yıldırım Türkiyədə klubunu dəyişib.
Komanda.az xəbər verir ki, 20 yaşlı hücumçu “İstanbulspor”dan ayrılaraq “Çorum”a keçib.
Onunla 2,5 illik müqavilə imzalanıb. Yıldırım mövsümün ikinci yarısında komandanın formasını geyinəcək.
Mustafa Yıldırım 2020-ci ildən Azərbaycanın U-21 yığmasında çıxış edir. O, ötən ay İstanbul təmsilçisinə 1 milyon lirə təzminat ödəyərək klubdan ayrılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin