Həmin forma hərraca çıxarıldı
“Mançester Siti”nin keçmiş futbolçusu Serxio Aqueronun forması hərraca çıxarılıb.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, “Hansons Auctioneers”in gerçəkləşdirdiyi hərracın başlanğıc qiyməti 20 min funt sterlinqdir.
Əldə edilən gəlirin bir hissəsi xeyriyyə təşkilatlarına bağışlanacaq.
Sözügedən forma Aqueronun 2012-ci ildə, KPR-lə görüşdə qələbə qolunu vurarkən geyindiyidir. “Hansons Auctioneers”in sözçüsü Devid Uilson-Ternar sabiq hücumçunun klubun tarixindəki ən vacib qoluna imza atdığını söyləyib.
2011-2021-ci illərdə “Mançester Siti”də çıxış edən keçmiş hücumçu, 2012-ci ildə, Premyer Liqanın sonuncu turunda komandasına qələbə qazandıran qola imza atıb və “şəhərlilər” 44 ildən sonra ölkə çempionu olub.
Aquero 2021-ci ilin sonunda, səhhətindəki problemlərə görə karyerasını bitirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin