Mahir Emrelinin baş məşqçisi azarkeşlərdən üzr istədi

Zaqreb “Dinamo”sunun baş məşqçisi Ante Çaçiç Çempionlar Liqasında “Milan”a məğlubiyyəti (0:4) şərh edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, “Milan”a qarşı mübarizə aparmağın çətin olduğunu deyib:

“Nəticə pisdir. “Milan” daha yaxşı oynadı, lakin bizim də şanslarımız oldu. Azarkeşlərimizdən üzr istəyirəm, onlar sadəcə əla idi. Lakin belə bir komandaya qarşı mübarizə aparmaq çox çətindir”.

Beş turdan sonra “Milan” 7 xalla E qrupunun turnir cədvəlində 2-ci yerdədir. “Dinamo” isə sonuncudur – 4 xal.

Zaqreb klubunda Azərbaycan millisinin hücumçusu Mahir Emreli də forma geyinir. O, “Milan”la matçda meydana çıxmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button