Piolidən Mahirin komandası ilə oyunla bağlı açıqlama

“Milan”ın baş məşqçisi Stefano Pioli UEFA Çempionlar Liqasının “Dinamo”yla (Zaqreb) oyunu ilə bağlı gözləntilərini bölüşüb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, oyuna hərtərəfli hazırlaşdıqlarını deyib:

“Bizi necə vacib oyunun gözlədiyini başa düşürük və buna mümkün qədər hərtərəfli hazırlaşdıq. “Dinamo” müdafiədə yaxşı oynayır və güclü starta malikdir. Orada komandanı irəli çəkən Bruno Petkoviç oynayır, Mislav Orsiç isə çox sürətlidir. Əsas odur ki, kompakt hərəkət edək, həm müdafiədə, həm də hücumda yavaş olmayaq”.

“Dinamo” – “Milan” oyunu bu gün keçirilək keçiriləcək.

Zaqreb klubunda Azərbaycan millisinin hücumçusu Mahir Emreli də forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button