Azərbaycan millisində oynayan futbolçunun qardaşından LGBT-yə etiraz
Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün qardaşı Orkun Kökçü maraqlı addım atıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Feyenoord”un yarımmüdafiəçisi Niderland Erediviziyasının 10-cu turunun “Alkmaar”la səfər matçında kapitanlıq sarğısından imtina edib.
Belə ki, komandanın əsas kapitanı olan 22 yaşlı futbolçu sarğının göy qurşağı rəngində olmasına narazılığını bildirib. Dini inanclarına görə LGBT əleyhinə olan Türkiyə millisinin üzvü bunu dəstəkləyən rəngləri daşıyan sarğıdan imtina edib. Belədə, komandanı meydana kapitan kimi müdafiəçi Gernot Trauner çıxarıb.
“Feyenoord”un 3:1 hesabı ilə qalib gəldiyi matçda Orkun Kökçü 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin