“Mahir Emreli sabah heyətdə olacaq” – Ante Çaçiç

Futbol üzrə Azərbaycan millisinin və Zaqreb “Dinamo”sunun futbolçusu Mahir Emreli Xorvatiyada Avstriya “Zalsburq”una qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü tur oyununda meydana çıxa bilər.

Komanda.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ante Çaçiç matçdan öncə təşkil olunan mətbuat konfransında açıqlama verib.

Xorvatiyalı mütəxəssis 25 yaşlı hücumçunun heyətdə olacağını bildirib. Lakin o, forvarda şans verib-verməyəcəyini açıqlamayıb.

Xatırladaq ki, FİFA Mahir Emrelini sabiq klubu olan Polşa “Legiya”sı ilə müqaviləsindəki maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün cəzalandırmışdı. Hücumçu Varşava təmsilçisinə borcunu ödədikdən sonra ali futbol qurumu onunla bağlı qərarı ləğv edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button