“Qarabağ”la matçdan sonra azarkeşləri təhqir edən futbolçu cəzalandı
Yunanıstanda “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin oyunundan yerli azarkeşləri təhqir edən “Olimpiakos”un futbolçusu Pape Abu Sisse cəzalanıb.
Komanda.az “dakaractu.com” saytına istinadən xəbər verir ki, seneqallı müdafiəçi baş məşqçi Miçel Qonsalesin qərarı ilə əsas komandadan kənarlaşdırılıb.
27 yaşlı futbolçu etdiyi hərəkətə görə şəxsi “instaqram” səhifəsində üzrxahlıq mesajı paylaşsa da, bu, ispaniyalı mütəxəssisin qərarını dəyişməyib.
“Qarabağ” və “Olimpiakos” arasında növbəti oyun oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin