“Olimpiakos”da “Qarabağ”la oyundan əvvəl ciddi itki

“Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqiblərindən olan Yunanıstan “Olimpiakos”u ciddi itki ilə üzləşib.

Komanda.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, komandanın müdafiəçisi Panayotis Retsos sıradan çıxıb. “Bayer”dən (Leverkuzen, Almaniya) icarəyə götürülən futbolçu əvəzedici komandaya qarşı yoxlama matçında zədələnib.

Ayağından xəsarət alan Yunanıstan millisinin üzvü iki həftə yaşıl meydanlardan uzaq qalacaq. O, doğma meydanda “Qarabağ”a qarşı keçiriləcək qrup mərhələsinin 3-cü tur oyununu da buraxacaq.

Oktyabrın 6-da keçiriləcək “Olimpiakos” – “Qarabağ” matçı saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button