İstefa vermək fikrində deyil

İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt komandanın UEFA Millətlər Liqasında A Liqasından aşağı düşməsindən sonra Qətərdə keçiriləcək dünya çempionatı öncəsi postunu tərk etmək fikrində olmadığını bildirib.

Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, Sautqeyt İngiltərə millisini DÇ-2022-yə aparmalı olan şəxsin məhz özü olduğunu deyib:

“Hesab edirəm ki, milli komandanı dünya çempionatına aparmalı olan şəxs mənəm. Sabitliyi qorumaq lazımdır. İtaliya ilə oyun çox da pis alınmadı. Matçın sonunda azarkeşlərin küsməsi heç kimin xoşuna gəlmir, amma bu işi başa düşürəm. Məşqçiliyin əsas məqsədi budur. Nə vaxt komanda nəticə ilə bağlı çətinlik çəkirsə, buna məşqçi məsuliyyət daşıyır. Bu bizim işimizdir və mən bununla məşğul olmalıyam”.

Dünya çempionatı 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button